Hindistanda ilk dəfə olaraq çoxmillətli Hərbi Hava Qüvvələrinin təlimləri keçirilir. “Times of India” bildirib ki, təlimlərdə Fransa, Almaniya, Böyük Britaniya, İspaniya və digər ölkələrdən qırıcılar iştirak edir.
Təlimlərin birinci mərhələsi avqustun 14-də başa çatacaq, ikinci mərhələ avqustun 29-dan sentyabrın 12-dək nəzərdə tutulub. Ümumilikdə təlimlərə 10 ölkədən 67 qırıcı və hərbi təyyarə cəlb olunub, daha 18 ölkədən müşahidəçilər var. Bildirilib ki, təlimlərdə Hindistanın təlimlərə 75-80 qırıcı, təyyarə və helikopteri cəlb olunub.