BRİKS-in iqtisadiyyatını inkişaf etdirə və güclü oyunçuya çevrilə bilən ölkələrə ehtiyacı var və Ermənistan da onlardan biridir. Bundan əlavə, Yerevan təşkilata üzv ölkələrin mallarının Avropaya çıxarılması baxımından logistikada həlledici rol oynaya bilər.
“Armenpress”in məlumatına görə, bu barədə TASS müxbirinin sualını cavablandıran BRIKS Ticarət və Sənaye Palatasının vitse-prezidenti Samip Şastri bildirib.“Ermənistan kənd təsərrüfatı sahəsində zəngin resursları ilə BRİKS ölkələri üçün maraqlıdır. Əsasən beynəlxalq aləmdə güc dəyişikliyinin olması üçün iqtisadiyyatını inkişaf etdirə, güclü oyunçuya çevrilə bilən ölkələr lazımdır. Ermənistan məhz belə bir ölkədir. BRİKS konsepsiyası yarananda çoxları bu layihəyə şübhə ilə yanaşırdı, çünki üzv ölkələr dünyanın tamamilə fərqli guşələrində yerləşir. Amma gördüyümüz kimi, bu konsepsiya özünü doğruldub”, – deyən Şastri qeyd edib ki, Ermənistan BRİKS üçün mühüm ölkəyə çevrilə və logistika, təşkilata üzv ölkələrin mallarının Azərbaycana daşınması baxımından həlledici rol oynaya bilər.
Avropa BRİKS Ticarət və Sənaye Palatasının vitse-prezidenti Samip Şastri də Ermənistan Respublikasının Ararat bölgəsinə səfərindən sonra Ermənistanın kənd təsərrüfatından nə qədər asılı olduğunu anladığını və bu gün Hindistanda çətin tapılan yaşıl sahələr gördüyünü vurğulayıb.”Biz Hindistanın Ermənistana necə sərmayə qoya biləcəyini, Ermənistanın da öz növbəsində Hindistana necə sərmayə qoya biləcəyini nəzərdən keçirəcəyik”, – deyən Şastri minilliklərin mədəniyyətinə malik Ermənistanda olmağın şərəf olduğunu bildirib.
BRİKS-i yaradan ölkələr Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrikadır. BRİKS-ə üzv ölkələr həmçinin İran, Efiopiya, Birləşmiş Ərəb Əmirlikləridir.