Ermənistan Güləş Federasiyası yunan-Roma güləşçisi Artur Aleksanyanın Parisdə keçirilən Yay Olimpiya Oyunlarında güləş üzrə final görüşündən etiraz şikayəti verib.
Bu barədə məlumatı Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi yayıb.
Parisdə Olimpiya Oyunlarının gedişini izləyən İdman nazirinin müavini Karen Giloyan qeyd edib ki, hökumət də müraciət prosesinə qoşulacaq.
“Biz Ermənistan Milli Olimpiya Komitəsinin şikayətinə əlavə olunacaq və müvafiq məhkəmələrə göndəriləcək yazılı cavabı gözləyirik. Sizi əmin edirəm ki, biz ədaləti bərpa etməyə çalışacağıq”, – Giloyan bildirib.
2024-cü il Olimpiya Oyunlarının finalında Aleksanyan bürünc mükafatçı, dünya və Asiya çempionu, Asiya Oyunlarının qalibi iranlı Məhəmmədhadhi Saravi ilə yarışıb və rəqibinə 1:4 hesabı ilə uduzaraq gümüş medal qazanıb.
Ermənistan 33-cü Yay Olimpiya Oyunlarında hələ 2 gümüş və 1 bürünc medal qazanıb. Gimnast Artur Davtyan da Olimpiya oyunlarının vitse-çempionu olub yunan-Roma güləşçisi Malxas Amoyan isə bürünc medal qazanıb.