BaşlıcaSiyasət

Ermənistanın böyük iqtisadi potensialı onu BRİCS və ŞƏT üzvləri üçün cəlbedici edir: Kuznetsov

Rusiya-Asiya İşgüzar Şurasının sədri Maksim Kuznetsovun sözlərinə görə, dünya standartlarına görə iqtisadiyyatın kiçik olmasına baxmayaraq, Ermənistan kifayət qədər böyük potensiala malikdir və bu, onu BRİCS və ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) ölkələri ilə əməkdaşlıq baxımından cəlbedici edir.!

Bu barədə TASS Maksim Kuznetsovun sözlərinə istinadən xəbər verir.

“Ermənistanın BRİCS və ŞƏT-ə üzv ölkələrlə həm ikitərəfli ticarət, həm də ikitərəfli investisiyalar baxımından əməkdaşlığının perspektivləri var. Ticarətdən hər kəs faydalanır. Ermənistan böyük bazara ixrac etmək və həmin bazardan müəyyən növ məhsullar idxal etmək imkanı əldə edəcək. Bu mübadilə və onun aktivləşdirilməsi daha böyük potensial təmin edə bilər. Zamanla birgə investisiya layihələri də həyata keçiriləcək. Ermənistan iqtisadiyyatı yaxşı dinamika nümayiş etdirir və bu, BRİCS və ŞƏT ölkələrindən olan investorlar üçün cəlbedici ola bilər”, – Kuznetsov TASS-a müsahibəsində bildirib.

Daha çox göstər
Back to top button