Biz blokadadan çıxarılmasının tərəfdarıyıq, lakin bu de-blokada Ermənistanın suverenliyi altında aparılmalıdır. Bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sobhani, avqustun 9-da jurnalistlərlə söhbətində Bakının “Sülh müqaviləsi”ndən embarqo maddəsini çıxarması ilə bağlı danışıb.
“Biz blokadanın götürülməsinin tərəfdarıyıq, lakin blokadanın ləğvi Ermənistanın suverenliyi altında baş verməlidir” – deyə İranın Ermənistandakı səfiri bildirib.
Mehdi Sobhani blokadanın uzadılmasının fəsadları ilə bağlı suala belə cavab verib: “Təbii ki, blokadanın açılması olarsa, gediş-gəliş artacaq, lakin bununla bağlı qarşılıqlı razılaşma olmalıdır”.
Əgər razılıq əldə olunarsa, bu o deməkdir ki, biz sülhə yaxınlaşırıq. Bu, regionun, regionun əhalisinin xeyrinədir. Biz onun sabit sülh yaratmaq üçün gördüyü işləri dəstəkləyirik”.
Qeyd edək ki, iki ildən artıq davam edən danışıqlardan sonra rəsmi İrəvan təsdiqləyib ki, Bakı ilə qarşılıqlı razılaşma əsasında sülh sazişi layihəsindən regional kommunikasiyaların blokunun açılması maddəsini çıxarmaq qərarına gəliblər.