BaşlıcaSiyasət

Geğard Fondu xəbərdar edir: “Azərbaycan Zorats Karer” yaşayış yeri qoruğunu “Qədim Azərbaycan” ərazisində yerləşən abidə kimi təqdim edir”

Azərbaycan dövlət kanalları ilə saxta “Qərbi Azərbaycan” ifadəsini yaymaqda davam edir. Bu haqda  “Geğard” elmi-analitik Fondu xəbərdarlıq edib.

 Burada bu dəfə hədəfin Azərbaycandan kənarda yaşayan azərbaycanlı və əcnəbi gənclər olduğu vurğulanıb.

“Avqustun 6-da Berdzorda 60 ölkədən 115-ə qədər gəncin iştirak etdiyi diaspor gənclərinin beşinci yay düşərgəsi çərçivəsində “Qərbi Azərbaycan icması” təşkilatının rəhbərliyinin iştirakçılarla görüşü keçirilib.

Bu, Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının diasporu ilə birlikdə işin  növbəti tədbiri  idi. Görüşdə “Qərbi Azərbaycan icması” təşkilatının üzvləri Azərbaycanın Ermənistan Respublikası ərazisinə açıq istəklərinə, “Qərbi Azərbaycan” uydurma tezisinə müraciət ediblər.

Tədbirdə “Qərbi Azərbaycana yaxından baxış” sənədli filmi, Ermənistan Respublikasının tarixi-memarlıq abidələrinin, təbiət mənzərələrinin “qədim Azərbaycan” kimi təqdim olunduğu fotoşəkillərdən ibarət təbii landışaftlar nümayiş etdirilib.

Həmçinin vurğulanır ki, digər abidələrlə yanaşı, Sisyan bölgəsində  olan  “Zorats karer yaşayış yeri” tarixi-mədəniyyət qoruğu da “qədim Azərbaycan ərazisində yerləşən abidə” kimi təqdim olunur.

“Azərbaycan tərəfindən  regionun irsi şəxsiyyətinin saxtalaşdırılması və özəlləşdirilməsi siyasəti Azərbaycanın Ermənistan Respublikasına və ümumilikdə regiona qarşı ambisiyalarını qanuniləşdirməyə yönəlib.

Azərbaycanın dövlət təbliğatı təkcə erməni irsinin mənimsənilməısiylə  məhdudlaşmır. Buraya İranın Atrapatan vilayətinin mədəniyyət irsi də daxildir.

Erməni mədəniyyət irsinin Azərbaycan tərəfindən mənimsənilməsi və təhrif edilməsi, genişlənməpərəstlik  siyasəti erməni xalqı və Ermənistan Respublikası üçün təhlükədir.

Azərbaycan hakimiyyəti xüsusilə ermənilərə nifrətə, regionun tarixi və mədəniyyətinə dair təhrif olunmuş təsəvvürlərə malik olan gənc nəsli hədəfə alır.

 Əliyev rejiminin “beyin yuyulması”nın baş verdiyi tədbirlər təşkil edir. Beləliklə, analoji tədbirlərin təşkili və onlara gənclərin cəlb edilməsi onu göstərir ki, Azərbaycan dövləti anti-erməni siyasətinin nəsil dəyişməsini təmin etmək öhdəliyi götürüb” – deyə bəyanat yekunlaşır.

Daha çox göstər
Back to top button