BaşlıcaSiyasət

Gürcüstan Ermənistana yeni yol çəkir

Gürcüstan hökuməti Ermənistanla sərhədə qədər yeni Rustavi-Sadaxlo avtomobil yolunun tikintisi üçün Marneuli rayonunda torpaqları mülkiyyətçilərdən müsadirə edir. Gürcüstanın ekonomika nazirinin müvafiq əmri ölkənin qanunvericilik bülletenində dərc olunub.

Layihə Şərq-Qərb Beynəlxalq Yol Layihəsinin kredit müqaviləsi çərçivəsində Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdirilir. Mövcud yola paralel davam edəcək yeni marşrut 11 körpü və keçid daxil olmaqla, təxminən 30 km uzunluğunda dördzolaqlı olacaq. Tikinti 250 milyon avroya başa gələcək.

Daha çox göstər
Back to top button