BaşlıcaSiyasət

KİV Ukraynanın RF-nin Kursk vilayətinə hücumunun məqsədini öyrənib

Ukraynanın təhlükəsizlik strukturlarının yüksək rütbəli rəsmisi AFP agentliyinə bildirib ki, Rusiyanın Kursk vilayətinə hücümda minlərlə ukraynalı hərbçi iştirak edir və hücumun məqsədi Rusiyanı “sabitliyi pozmaq”dır.

“Biz hücum həyata keçiririk. Məqsəd düşmənin mövqelərini uzatmaq, maksimum itki vermək və Rusiyada vəziyyəti sabitləşdirməkdir, çünki o, öz sərhədini qoruya bilmir”, – deyə agentliyə adının çəkilməsini istəməyən rəsmi bildirib.

Rusiya hərbçiləri daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyatda 1000-ə yaxın hərbçinin iştirak etdiyini bildirsə də, agentliyin Kiyevdəki həmsöhbəti onların daha çox olduğunu bildirib. BBC xəbər verir ki, onun sözlərinə görə, Kursk vilayətiniə girməsi ukraynalıların əhval-ruhiyyəsini xeyli yüksəldib.

“Bu, bizim döyüş ruhumuzu, Ukrayna ordusunun, dövlətinin, cəmiyyətin döyüş ruhunu xeyli artırdı”, – deyə rəsmi bildirib: “Bu hərəkət bizim hücuma keçə biləcəyimizi, irəli gedə biləcəyimizi göstərdi”.

Agentliyin həmsöhbəti qeyd edib ki, Ukrayna Rusiyaya müdaxilə zamanı “beynəlxalq humanitar hüquqa ciddi əməl edəcək” və heç bir ərazini ilhaq etməyi planlaşdırmır.

“Ukraynanın heç bir konvensiyanı pozmaması çox vacibdir. Biz humanitar qanunlara ciddi əməl edirik. Biz əsirlərin başını kəsmirik, qadınları zorlamırıq”, – deyə o, əmin edib.

Agentliyin həmsöhbəti etiraf edib ki, ruslar öz qoşunlarını şərq mövqelərindən çıxarmır, lakin rusların hücumlarının intensivliyi bir qədər azalıb.

Daha çox göstər
Back to top button