Rusiya prezidenti Vladimir Putin avqustun 19-da Bakıya səfər edə bilər. Azərbaycan mətbuatı xəbər verir ki, hazırda səfərə hazırlıq gedir.
Rusiya liderinin azərbaycanlı həmkarı İlham Əliyevlə müzakirə edə biləcəyi məsələlərdən biri də Rusiya təbii qazının Azərbaycana nəqli olacaq. Mənbələrin bildirdiyinə görə, Moskva və Bakı bir neçə aydır ki, bu məsələni müzakirə edir və Türkiyə sövdələşmənin qarantıdır.
İyulun əvvəlində Ukrayna prezidenti Vladimir Zelenski “Bloomberg” agentliyinə müsahibəsində bildirib ki, Kiyev bu ilin sonunda “Qazprom”la tranzit sazişi başa çatdıqdan sonra Azərbaycan qazının öz ərazisi ilə Aİ-yə nəqli imkanlarını nəzərdən keçirəcək.