VOA yazır ki, Ağ Ev İranın İsrailə hücumunun yaxın zamanda ola biləcəyi barədə xəbərdarlıq edib, HƏMAS rəsmiləri isə silahlıların bir israilli girovu öldürdüyünü, iki nəfəri isə yaraladığını təsdiqləyib. HƏMAS-ın sözçüsü Əbu Ubeydə qətldə girovun mühafizəçilərini günahlandıraraq bunu İsrailin fələstinliləri “qırğınına” cavab kimi qiymətləndirib.
O, həmçinin iki israilli girovun ayrı insidentdə yaralandığını bildirib. Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi deyib ki, İsrail və müttəfiqləri bu həftənin əvvəlindən İranın “mümkün əhəmiyyətli hücumlarına” hazır olmalıdırlar. “Bu, bu həftə baş verə bilər”, – Ağ Evin nümayəndəsi bildirib. Onun sözlərinə görə, Vaşinqton istəmir ki, apreldə baş verdiyi kimi İsrail yeni hücumdan müdafiə olunsun.
Kirbi əmin edib ki, belə bir vəziyyətdə ABŞ İsrailə kömək edəcək. ABŞ-ın müdafiə naziri Lloyd Ostin bazar günü nüvə enerjisi ilə işləyən qanadlı raket sualtı gəmisi USS Georgia-nın Yaxın Şərqə yerləşdirilməsi və USS Abraham Lincoln təyyarədaşıyan gəmisinin bölgəyə yerləşdirilməsinin sürətləndirilməsi barədə göstəriş verib.
Jurnalistin bunun İrana mesaj olub-olmaması sualına Pentaqonun sözçüsü Pat Rayder cavab verib. “Biz bu mesajı göndərməyə çalışırıq ki, biz vəziyyətin deeskalasiyasına sadiqik, bölgədə qoşunlarımızı qorumaq üçün gücümüz var, həmçinin İsrailin müdafiəsini dəstəkləyirik”.