İslam Əməkdaşlıq Təşkilatının Ciddədə keçirilən fövqəladə sessiyasında Pakistanın baş nazirinin müavini və Xarici işlər naziri Məhəmməd Yitzhak Dar HƏMAS liderinin öldürülməsi və Qəzzadakı vəziyyətlə əlaqədar İsrailə qarşı neft və ticarət embarqosuna çağırıb.Bu haqda İrantoday yazır.
O, Pakistanın İran və Fələstinlə həmrəy olduğunu bildirib və Tehranın İsraili boykot çağırışını dəstəkləyib.
“Sionistlərdən haqq-hesab çəkməyin vaxtı çatıb və müsəlman dünyası bəyanatlar və qınaqlardan kənara çıxmalıdır”.
Əgər İsrail Qəzzada dərhal atəşkəsə razı olmazsa, İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr Təl-Əvivin neft ticarətinin boykotunu dəstəkləməlidirlər” – deyərək o, çıxışında vurğulayıb.
Pakistanın Xarici işlər naziri Məhəmməd İshaq Dar İsrailin Qəzzada dinc əhaliyə qarşı təcavüzünün, o cümlədən top atəşinin soyqırım olduğunu bildirib.
O, İsraili ondan fələstinlilərə qarşı “aclıq silahı” kimi istifadə etdiyinə görə qınayıb.