Ermənistan Milli Olimpiya Komitəsi güləşçi Artur Aleksanyanın Olimpiya Oyunlarında güləş üzrə finala çıxması ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin Apellyasiya Komitəsinə müraciət edib.
Jurnalistin verdiyi məlumata görə, bu barədə ER İdman nazirinin müavini Karen Giloyan jurnalistlərə açıqlamasında bildirib.
“Olimpiya Oyunlarında 97 kq çəki dərəcəsində güləş üzrə finalda Artur Aleksanyan və iranlı Məhəmmədhadhi Saravinin apelyasiya prosesi növbəti mərhələdədir.
Beynəlxalq Güləş Federasiyası isə hakimlərin düzgün qərar verdiyini yazılı şəkildə cavablandırıb. 100 faiz haqlı olduğumuz bir həqiqətdir.
“Ermənistanın Milli Olimpiya Komitəsi Ermənistan Güləş Federasiyasının müraciəti və Beynəlxalq Güləş Federasiyasının cavabı ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin Apellyasiya Komitəsinə müraciət edib” – deyə Giloyan bildirib.
Sonuncunun sözlərinə görə, Olimpiya Komitəsinin Apellyasiya Komitəsi də ilk reaksiyasında şikayətin hansı epizoda və nəyə yönəldiyini konkret təqdim etməyi xahiş edib:
“Olimpiya oyunları zamanı bizdə belə hallar olub ki, olimpiya oyunlarına qarşı əks münasibət olub. Əminik ki, Artur Aleksanyan həmin güləş görüşündə uduzmazdı.
Apellyasiya Komissiyası qərar verəcək. “Biz qızıl medalı sona qədər, son instansiyaya qədər Lozannaya kimi tələb edəcəyik” – deyə o, qeyd edib.