BaşlıcaSiyasət

Aleksandr Bojko:  “Ukrayna bu cür zərbələrə məcburən cavab verir: Təxminən 700 kv. km ərazini işğal etmişik”

Qərb ümid edir ki, müharibə sakitləşəcək, amma bu baş verməyəcək, biz ruslarla danışmalıyıq. Ukraynalı diplomat, Ukraynanın Ermənistandakı keçmiş səfiri, ermənişünas Aleksandr Bojko da Faktor TV-yə müsahibəsində analoji fikri bildirib.

Ukrayna qoşunlarının Kurskdakı hərəkətlərinə və irəliləyişlərinə işarə edən diplomat qeyd edir ki, Ukrayna belə zərbələrə əl atmağa məcburdur, çünki ruslar məhz Ukraynanın çiçəklənən şəhərlərini bombalayır, yer üzündən silir, səhraya çevirirlər.

Aleksandr Bojko qeyd edir ki, gec-tez onlar danışıqlar masası arxasına oturmalı olacaqlar və indi Kiyev gələcək danışıqlar üçün daha əlverişli mövqelər yaratmağa çalışır.

 Bundan əlavə, həmsöhbətimizin sözlərinə görə, Ukrayna tərəfi bir neçə yüz rusu ukraynalı əsirlərlə dəyişdirmək üçün əsir götürüb.

Ukraynalı diplomatın sözlərinə görə, Donbasda vəziyyət kifayət qədər ciddidir. “Ruslar özlərini qurban hesab etmirlər, sadəcə olaraq minlərlə insanı ölümə göndərirlər.

Hərbiçilərimiz bizə deyirlər ki, cəsədlər orada qalaqlanır və nə ruslar, nə də bizimkilər onları çıxara bilmirlər” – deyə Aleksandr Bojko  qeyd edib.

Mətn faktor .am-ə məxsusdr.

Daha çox göstər
Back to top button