Ermənistanda dövlət dəstəyi verən sənaye xərçənginin inkişafı üzrə 2024-2026-cı illər proqramı çərçivəsində artıq 1 müqavilə imzalanıb, daha 2 müqavilə nəzərdə tutulur.
Bu barədə ER İqtisadiyyat nazirinin müavini Tatevik Sargsyan bildirib.
Nazir müavini qeyd edib ki, sənaye xərçəngkimiçilik respublikada yeni istiqamət olsa da, onun inkişaf perspektivləri var. Hazırda Masisdə təxminən 8 ton xərçəngi olan bir ferma var. Dövlət ümid edir ki, proqram dəstəyi nəticəsində benefisiarlar artacaq.
“Layihə çərçivəsində hazırda Şirak bölgəsinin sərhəd Voqji icmasında 1 müqaviləmiz var. İşlər davam edir. Nazirlik bu istiqamətdə daha 2 müqavilənin imzalanması üzərində işləyir. Üçüncü rübün sonuna kimi xərçəngin inkişafı ilə bağlı daha 2 müqavilə imzalayacağımızı gözləyirik”, – Tatevik Sargsyan bildirib.
Dövlət dəstəyinin məbləği 50 faiz oalcaq. Kiçik, orta və iri xərçəng təsərrüfatlarının tikintisi nəzərdə tutulur. “Kiçik komplekslər üçün 72 milyon dram, orta komplekslər üçün 129 milyon dram, iri komplekslər üçün isə 183 milyon dram qiymətləndirilir, 50 faizi dövlət tərəfindən kompensasiya edilir”,- nazir müavini vurğulayıb.
Layihə çərçivəsində 4 kiçik və bir orta və bötük xərçəng yetişdirmə kompleksi tikilməlidir.
“Səmərəli icra şəraitində dövlət illik 54 ton əmtəə xərçəngi istehsalını gözləyir”, – Sargsyan bildirib.