BaşlıcaSiyasət

ABŞ Azərbaycanda AXCP liderinin təqib olunmasından narahatdır

ABŞ çərşənbə günü AXCP sədri Əli Kərimlinin Azərbaycanda təqib olunması ilə bağlı xəbərlərə münasibət bildirib.

Dövlət Departamentinin sözçüsü Turan-a deyib: “Biz vətəndaş cəmiyyətinə və siyasi müxalifət üzvlərinə qarşı davam edən repressiyalardan dərin narahatıq”.

“İfadə azadlığı da daxil olmaqla, insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirənlər təzyiqə məruz qalmamalıdır”, – sözçü qeyd edib.

ABŞ Səfirliyin X Platformasında yaydığı məlumatda deyilir ki, avqustun 14-də ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Kərimli ilə görüşüb, ona qarşı açılan cinayət işi ilə maraglanıb.

“Səfir Libbi ABŞ-ın demokratiya, insan haqları və əsas azadlıqlara dəstəyini bir daha təsdiqlədi”, – səfirliyin bəyanatında deyilir.

Daha çox göstər
Back to top button