Azərbaycan Artsaxın Hadrut rayonunun Moxrenes kəndini viranəliklərə çevirib. Artsax hüquq müdafiəçisi Geqa Stepanyan öz X səhifəsində peyk fotolarını dərc edib və yazıb:
“Peyk çəkilişləri kənd evlərinin, məktəb, uşaq bağçası və digər tikililərin əksəriyyətinin dağıldığını göstərir. Ümumilikdə 40-dan çox ev və tikili dağıdılıb.
2022-ci ilin oktyabr ayına kimi Moxrenesin Surb Sarkis kilsəsi tamamilə dağıdılıb.
Azərbaycan tərəfindən Artsaxın mədəni soyqırımı beynəlxalq ictimaiyyətin sükutu ilə davam etməkdədir”.