BaşlıcaİctimaiyyətMədəniyyət

Ermənistan “Kino gecə yarısı” ümumrusiya tədbirinə qoşulacaq

Avqustun 24-də keçiriləcək ümumrusiya “Kino Gecə yarısı” tədbirinə BRİKS və Müstəqil Dövlətlər Əməkdaşlıq Təşkilatının 14 ölkəsi, o cümlədən Ermənistan qoşulacaq.

Bu barədə ТАСС Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir.

“2024-cü ildə Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin göstərişi ilə, Film Fondu və Rusiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə tədbirin operatoru “Roskino” şirkəti olacaq. “Kino Gecə yarısı”nda Rusiyadan başqa 14 BRİKS və MDB ölkəsi də iştirak edəcək”.

Tədbir ənənəvi olaraq avqustun 27-də qeyd olunan Rusiya Kinosu Gününə həsr olunub.

“Biz Kalininqraddan tutmuş Vladivostoka qədər bütün Rusiyanı ekranlar qarşısına yığaraq 9 ildir ardıcıl olaraq bu tədbiri keçiririk. “Kino gecə yarısı” bu müddət ərzində əsl ailə bayramına çevrilib”, – Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova qeyd edib.

Filmlər Çin, Hindistan, Braziliya, Efiopiya, Misir, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ermənistan, Azərbaycan və digər ölkələrdə fəaliyyət göstərən səfirliklər, mədəniyyət mərkəzləri və Rusiyanın xarici ölkələrdə fəaliyyət göstərən digər qurumlarında nümayiş etdiriləcək. Rusiyada və xaricdə 5 mindən çox yerdə nümayişlərin təşkili planlaşdırılır.

Qeyd olunur ki, Rusiya kinosunun ən parlaq yeni buraxılışlarından üçü hər il “Kino gecə yarısı” üçün seçilir.

“Kino gecə yarısı”nın təntənəli açılışı avqustun 24-də Moskvada olacaq.

Daha çox göstər
Back to top button