BaşlıcaSiyasət

Ermənistan və Hindistan arasında siyasi dialoq ənənəvi gündəmin hüdudlarından kənardadır: Mirzoyan

Hindistanın Müstəqillik Günü münasibəti ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan həmin ölkənin xarici işlər naziri Caişankara təbrik məktubu göndərib.

“Müstəqilliyin 78-ci ildönümünü qeyd edən həmkarım və yaxşı dostum Subramanyam Caişankarı və Hindistan xalqını səmimi qəlbdən təbrik edirəm. Bizi sivilizasiya bağları birləşdirir və hazırkı siyasi dialoqumuz ənənəvi gündəmdən kənardadır”, – XİN rəhbəri özünün X mikrobloqunda yazıb.

Hindistanın xarici işlər naziri Mirzoyanın təbrikinə cavab verib, ona təşəkkür edib.

Daha çox göstər
Back to top button