BaşlıcaSiyasət

Minsk qrupu məsələsinə sülh müqaviləsinin imzalanması kontekstində baxıla bilər: XİN

Yerevan Minsk prosesinin davamlılığı məsələsini ilk növbədə sülh müqaviləsinin imzalanması kontekstində nəzərdən keçirə bilər. Bu barədə XİN “Azatutyun” sorğusuna cavab olaraq bildirib.

Sülh sazişinin imzalanması və onun işə salınması üçün Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsini və ATƏT-in Minsk Qrupunun birgə buraxılmasını tələb edib. Əliyev həmçinin bəyan edib ki, Ermənistan Minsk Qrupunun ləğvi ilə razı deyil.

“Azatutyun” Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfindən sülh müqaviləsinin imzalanması üçün Minsk Qrupunun ləğvinin ilkin şərt kimi qoyub-qoyulmaması, Yerevanın nə üçün razı olmaması və Ermənistanın yaxın vaxtlarda fikrinin dəyişməsinin mümkünlüyü ilə bağlı sorğu göndərib.

“Ermənistan tərəfi Minsk prosesinin davam etdirilməsi məsələsinə münasibətlərin hərtərəfli tənzimlənməsi və ilk növbədə sülh müqaviləsinin bağlanması kontekstində baxa bilər”,- XİN cavabında bildirilib.

Bundan əvvəl “Vətəndaş müqaviləsi” partiyasının deputatı Armen Xaçatryan Əliyevə münasbət bildirərək bəyan edib ki, Ermənistan-Azərbaycan sülh müqaviləsi imzalandığı zaman ATƏT-in Minsk Qrupu buraxılmalıdır.

“Hesab edirəm ki, ATƏT-in Minsk Qrupu Ermənistanla Azərbaycan arasında sülh olanda, bütün məsələlər həll olunanda, saziş imzalananda buraxılmalıdır. Yalnız bundan sonra biz bu məsələni müzakirə edə bilərik, indi bu məsələni müzakirə etmək qətiyyən uyğun deyil”, – o deyib.

Daha çox göstər
Back to top button