Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk öz silahlı qüvvələrinin demək olar ki, üçdə birini Ukrayna ilə sərhəd yaxınlığında yerləşdirib.Bu haqda BelTA dövlət xəbər agentliyi məlumatlandırıb.
Onun sözlərinə görə, Kiyev Belarus sərhədində 120 mindən çox hərbiçi yerləşdirdiyi üçün bu addım atılmalı olub.
Rusiya Prezidenti Putinin sadiq müttəfiqi dəqiq neçə hərbçinin yerləşdirildiyini açıqlamayıb. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun 2022-ci il məlumatlarına görə, Belarusun peşəkar ordusunda 48 minə yaxın hərbiçi və 12 minə yaxın sərhədçi var.
Şənbə günü Kiyev bəyan edib ki, sərhəddə Belarus qoşunlarının toplanmasına dair heç bir əlamət görməyib.