Artsax Respublikasının Parlamentinin fraksiyaları birgə bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, 2024 Noyabrın 11-22-də Bakıda BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) planlaşdırılır, bu konfransda müxtəlif ölkələrin liderləri, rəsmi nümayəndə heyətləri, beynəlxalq təşkilatların nümayəndələri və bir çox jurnalistlər iştirak edəcəklər.
“Tamamilə aydındır ki, Bakı konfransdan dünya ictimaiyyətini çaşdırmaq, ictimai rəyi öz ölkəsinin cinayətlərindən yayındırmaq üçün istifadə edir. Həmçinin, şübhəsiz ki, sözügedən konfransa dəvət olunmuş məmur və strukturların Azərbaycan cinayətlərinə laqeyd yanaşması həmin ölkənin rəhbərliyi tərəfindən törədilmiş və davam edən cinayətləri həvəsləndirmə kimi qiymətləndiriləcək. Bunları sırasında bu cinayətləri qeyd etmək olar:
- Soyqırım və insanlığa qarşı cinayət kimi 2023-cü ilin sentyabr ayında Artsaxda Azərbaycanın həyata keçirdiyi etnik təmizləmə
- Ermənistan Respublikasının ərazisinin işğalı və Ermənistan Respublikasına güc təhdidi ilə təzyiqləri
- Bakı tərəfindənb girov götürülən Artsaxın hərbi-siyasi liderləri və digər məhbuslara qarşı ittihamlar, qeyr-insani rəftar və qeyri-müəyyən taleyi
- Azərbaycanın davam edən ermənilərə qaarşı olan siyasəti. Bu da Artsaxın zəngin tarixi və mədəni irsinin dağıdılması, mənimsənilməsi və şəxsiyyətinin saxtalaşdırılması kimi fəal addımlarla ifadə olunur.
Yuxarıda qeyd olunan cinayətkar fəaliyyətləri uzun müddət davam edə bilər. Bu hərəkətləri BMT-nin İqlim Dəyişikliyi Konfransı adı altında gizlətmək inamsızlıq və qeyri-sabitlik mühitini daha da dərinləşdirəcək. Bu mühiti 2020-ci ildə 44 günlük müharibə, tam blokada və soyqırım təhlükəsi altında Artsax Respublikasının işğalı və ermənisiz qalması yolu ilə Cənubi Qafqaz regionuna zorla məcbur edildi.
Biz bütün erməniləri və regionda sülhdə maraqlı olan ölkələri, təşkilatları və şəxsləri Hay Dat və Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Luis Moreno Okamponun informasiya sahəsində, sosial şəbəkələrdə və şəxsi kommunikasiyalarda Azərbayacnın məkrli niyyətlərini üzə çıxarmaq və beynəlxalq ictimaiyyəti ayıqlığa çağırmaq üçün başlatdığı kampaniyaya qoşulmağa çağırırıq.