İRNA agentliyi xəbər verir ki, “Aras” azad zona təşkilatının rəhbərinin müavini deyib ki, İran və Ermənistan müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi Avrasiya İqtisadi Birliyinə (Aİİ) üzv ölkələrlə ticarət mübadiləsinin artmasına səbəb olacaq.
Əli Navidin sözlərinə görə, bu mübadilələr ağac və mebel, avtomobil və əlaqəli sənaye, tikinti materialları, metallar, kosmetika, qida, geyim, neft-qaz, kimya kimi məhsulların geniş çeşidini əhatə edir.
O qeyd edib: “Ermənistan öz bazarı üçün lazım olan məhsulları “Aras” Azad Zonasının təkliflərindən əldə edə bilər. Bundan əlavə, “Aras” Azad Zonası Ermənistana Norduz sərhədində üstünlük verir ki, bu da malların saxlanması və daşınması üçün istifadə oluna bilər”.
Navid həmçinin İranla Ermənistan arasında ticarətin həcminin 600 milyon dollara çatdığını qeyd edib və Ermənistanın Norduz sərhədindən Hindistan və Çindən də mal idxal edə biləcəyini vurğulayıb.