Ermənistan bütün səviyyələrdə KTMT-də iştirakını dondurub, bu qərar indiki mərhələdə kifayətdir. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında KTMT-dan çıxma ehtimalı ilə bağlı sualı cavablandırarkən bildirib.
“Ermənistan Respublikası bütün səviyyələrdə KTMT-də iştirakını dondurub. Biz bu qərarı indiki mərhələdə kifayət hesab edirik. Mübahisə ola bilər, biri deyə bilər ki, bəsdir, başqası deyə bilər ki, azdır. Amma baxmalıyıq ki, kimin mühakimə etmək hüququ var” – deyə Paşinyan bildirib.
Baş nazir vurğulayıb ki, o, bütün fikirlərə hörmətlə yanaşır, lakin hökumət qərar qəbul edib. Ermənistan indiki məqamda başqa qərar qəbul etməyə ehtiyac görmür, lakin bu o demək deyil ki, növbəti anda başqa qərar qəbul etməyə ehtiyac görməyəcək.