Suren Papikyan Gürcüstanda təntənəli mərasimlə qarşılanıb
Gürcüstana rəsmi səfəri çərçivəsində sentyabrın 2-də Gürcüstanın Müdafiə Nazirliyində ER müdafiə naziri Suren Papikyanın hərbi orkestr və fəxri qarovul dəstəsinin iştirakı ilə qarşılanma mərasimi olub.
Gürcüstan Müdafiə Nazirliyindən də bildirilib ki, rəsmi qarşılanma mərasimindən sonra müdafiə nazirlərinin təkbətək görüşü olub.
“Nazirlər qonşu ölkələr arasında dostluq münasibətlərinin, regionda sülhün və sabitliyin vacibliyindən danışıblar. Qeyd olunub ki, bu ilin yanvarında imzalanmış strateji tərəfdaşlıq bəyannaməsi ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək.
Geniş tərkibdə keçirilən görüşdə tərəflər Gürcüstan və Ermənistanın müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq proqramının istiqamətlərini müzakirə ediblər. Bu sənəd Gürcüstanın müdafiə nazirinin bu il Ermənistana səfəri çərçivəsində imzalanıb.
Onu da bildirlib ki, səfər çərçivəsində Ermənistanın müdafiə nazirinin Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşü planlaşdırılır”, – Gürücstan Müdafiə Nazirliyi bildirib.
Onu da qeyd olunub ki, hər iki ölkənin dövlət himnləri səsləndirilib.