2024-cü ilin birinci yarısının nəticələrinə görə, Ermənistanın dövlət borcu 12 milyard 157 milyon dollara çatıb. Bunu ER maliyyə naziri Vahe Hovhannisyan parlamentin maliyyə, kredit və büdcə məsələləri daimi komissiyasının iclasında 2024-cü ilin birinci yarısı üzrə dövlət büdcəsinin icrası haqqında hesabatın müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, söz 4 trilyon 718 milyard dramdan gedir. “Bizim göstəricilərimiz idarəolunandır. Maraqlıdır ki, orta ödəniş müddəti ilin əvvəli ilə müqayisədə bir qədər azalaraq 7,1 ilə çatıb. Bizim hədəfimiz də 7-10 il idi”, – Hovhannisyan bildirib.
Bu, nazirin qeyd etdiyi kimi, son illərin siyasəti ilə bağlıdır. Xüsusilə, daha qısamüddətli dövlət istiqrazlarının buraxılması ilə bağlı, bu, faiz dərəcələrinin artması ilə əlaqədar idi.
“Riskləri idarə etmək olar. Məzənnə ilə bağlı risklər idarə oluna bilər, belə ki, daxili borcun payı davamlı olaraq artır və hazırda 50,7 faiz təşkil edir”, – nazir əlavə edib.