İqtisadiyyat nazirliyi: “Rusiya tərəfi erməni konyakı ilə bağlı heç bir məsələ qaldırmayıb”
Rusiyanın Kənd təsərrüfatı naziri və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar nəzarəti Federal Xidmətinin rəhbəri erməni konyakı ilə bağlı heç bir məsələ qaldırmayıb.
Sentyabrın 2-də parlamentin Regional və Avrasiya inteqrasiyası üzrə daimi komitəsinin iclasında iqtisadiyyat naziri Gevorq Papoyan Rusiya mağazalarında satılan erməni brendinin 90%-nin etibarsız olması ilə bağlı nəşrlərə əsaslanaraq bu barədə parlamentdə məlumat verib.
“Mənim Rusiya Federasiyasının Kənd təsərrüfatı naziri və Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin rəhbəri ilə telefon danışığım olub. Bu iki telefon danışığı zamanı biz müxtəlif məsələləri müzakirə etdik, lakin rusiyalı həmkarlarımız brendn spirit haqda heç nə demədilər.
Mənə problem olmadığını dedilər. Biz müxtəlif məsələlər qaldırdıq. onlar da. Amma konyakın spirit barədə məsələ səsləndirilmədi”- deyə Papoyan bildirib.
Onun sözlərinə görə, konyak spirtinin keyfiyyəti Ermənistan İqtisadiyyat nazirliyinin gündəliyində çox mühüm yer tutur. Nazirin sözlərinə görə, konyak və konyak spirti Ermənistandan ixrac edilməlidir.
“Bu, mənim gündəliyimdə çox mühüm rol oynayır. Mən əlimdən gələni edəcəyəm ki, Ermənistandan çıxan spirt tamamilə çiy üzümdən olsun. Bu, Ermənistanın mal çeşidi və erməni konyakı məsələsidir” – deyə hökumət nümayəndəsi bildirib.