2024-cü ilin yanvar-iyul aylarında Türkiyə Gürcüstanın əsas ticarət tərəfdaşı oldu.
BMG-nin məlumatına görə, iki ölkə arasında dövriyyə 1,809 milyard dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,1% çoxdur.
Bu dövrdə Gürcüstanın əsas ticarət tərəfdaşları siyahısında Rusiya 1,428 milyard dollar dövriyyə ilə ikinci yeri tutub.
ABŞ üçüncü yerdədir. Gürcüstanın ABŞ ilə ticarət dövriyyəsi 1,078 milyard dollar (10,2% az) olub.
ABŞ-dan sonra Çin (1,056 milyard dollar), ilk beşlikdə isə Azərbaycan gəlir.
Almaniya, Qırğızıstan, Qazaxıstan, Ermənistan və Yaponiya da Gürcüstanın ilk on ticarət tərəfdaşıdır.