İctimaiyyət

Ermənistanda erkən nikahların sayı azalıb

Hökumət Ermənistanda nikah üçün minimum yaş həddinin artırılmasının tərəfdarıdır. Bu da erkən nikahların sayının azalmasına töhfə verə bilər.

“Hökumət birmənalı şəkildə parlamentin bu təşəbbüsünü dəstəklədiyini bildirib. Ən azı qanunvericilik səviyyəsində dövlət erkən nikahlara münasibətini göstərir, çünki əks halda belə çıxır ki, dövlət və ya qanun da erkən nikahları və yetkinlik yaşına çatmayanların nikahlarının qeydiyyatını təşviq edir”, – ER ədliyyə nazirinin müavini Armenuhi Harutyunyan bildirib.

Onun sözlərinə görə, son vaxtlar nazirliyin araşdırması göstərir ki, ölkədə erkən nikahların sayı azalıb.

“Məsələn, 16 yaşlı yeniyetmələr arasında qeydə alınan nikahların sayı 2021-ci ildə 5, 2022-ci ildə 4, 2023-cü ildə 3, 2024-cü ildə isə 2 olub. 2021-ci ildə 17 yaşlı gənclər arasında 49, 2022-ci ildə 26, 2023-cü ildə 24, 2024-cü ildə 9 nikah qeydə alınıb. 18 yaşlı gənclər arasında artıq rəqəmlər yüksəkdir, 2021-ci ildə 135, 2022-ci ildə 155, 2023-cü ildə 55, 2024-cü ildə 84 nikah qeydə alınıb. Rəqəmlər azdır, yetkinlik yaşına çatmayanlardan doğulan uşaqların sayı çox yüksəkdir, bu, narahatlıq doğurur”, – o qeyd edib.

Daha çox göstər
Back to top button