Netflix-in Kiprin işğalından bəhs edən filmi Türkiyədə isterikaya səbəb olub
Sentyabrın 20-dən etibarən Netflix platformasında türklərin Kiprin bir hissəsini işğal etdiyi, daha sonra isə özünü cümhuriyyət elan etdiyi zamanlardan 50 il əvvəl baş verən hadisələrdən bəhs edən “Mağusa” Kipr serialına baxmaq mümkün olacaq
24 seriyadan ibarət serial Türkiyə tərəfinin Attila 2 əməliyyatına başladığı 1974-cü ilin avqust hadisələri ilə cərəyan edir.
17 yaşlı Kristina üç aylıq oğlu ilə Famaqusta küçələrində qaçır və Türkiyə təyyarələrinin bombardmanı altında peyda olunur.Partlayışdan sonra o, huşunu itirir və gənc qadın özünə gələrkən oğlu yoxa çıxıb.
İllər keçir, Kristinanın 3 övladı var və ilk övladı haqqında məlumat yoxdur, baxmayaraq ki, qadın hələ də onu tapmağa ümid bəsləyir. Sonradan məlum olur ki, onların oğlu Maykla sağ qalmaq nəsib olub və Londonda yaşayan yunan ailəsi tərəfindən övladlığa götürülüb.
50 il sonra Maykl türklərin işğalı haqqında sənədli film çəkmək üçün Kiprə gedir. Maykl 1974-cü il hadisəsinin sağ qalanları və şahidləri ilə görüşməyə başlayır.
Qeyd edək ki, Türkiyə Xarici işlər nazirliyi filmlə bağlı isterika yaradıb və sərt açıqlama yayıb. Türkiyə Xarici işlər nazirliyinin məlumatına görə, bu, “Türkiyəyə və türklərə qara yaxmaq üçün növbəti cəhddir”.