Vayots Dzor bölgəsində işgüzar səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Cermuk hava limanına endikdən sonra elektrik mühərrikli təyyarələrinin istismarı barədə danışıb və qeyd edib ki, Ermənistanda belə təyyarələrin bumu gözlənilir.
Baş nazirin sözlərinə görə, onlardan regionlararası daşımalarda istifadə etmək olar.
“İndi olmasa da, onların seriya istehsalı bir neçə ildən sonra başlayacaq. Belə təyyarələrin qalxıb enməsi 10-12 metr çəkəcək. Qısa uçuş-enmə zolaqları tikməliyik” – deyə o, bildirib.
Bildirilib ki, bu məqsədlə helikopterlər də var, lakin onlar bahadır.
Daha sonra Paşinyan düzəliş etdi ki, elektrik təyyarələrinin qalxması üçün 50 metr, enməsi üçün isə 30 metr lazımdır.
“Məhsulunuzla maraqlandığımızı deyərək tez bir zamanda bu şirkətlə əlaqə saxlamalıyıq. Əvvəlcə, əlbəttə ki, baha olacaq. Bizdə Sisyan hava limanı, Cermukun, Qavarın, Stefanavanın hava limanı var.
Bu o deməkdir ki, biz standart hava limanı uçuş-enmə zolağı qiymətinə 4 uçuş-enmə zolağı tikə bilərik” – deyə Paşinyan bildirib.
Nazir Qnel Sanosyan əlavə edib ki, ICAO bütün aviasiya şirkətlərinə 2027-ci ildə bu sektora hazır olmalı olduqlarını bildirib.