Başlıcaİctimaiyyət
Ermənistanda quraşdırılmış gücü 630 MVt olan günəş stansiyaları var
Sentyabrın 1-nə olan məlumatlara əsasən, Ermənistanda quraşdırılmış gücü 630 MVt olan günəş stansiyaları fəaliyyət göstərir.
Bu barədə ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakop Vardanyan bildirib.
“Bu, olduqca böyük rəqəmdir. Məsələn, son günlər elektrik enerjisinin gündüz sərfi 830-850 MVt arasında dəyişir, burada 530 MVt-a qədər günəş stansiyalarından istehsal olunur”.
Vardanyan bunu bir tərəfdən yaxşı göstərici hesab edib, digər tərəfdən də qeyd edib ki, axşam saatlarında tənzimləmə aparmağı onlar üçün böyük problemdir.
“Lakin bu məsələlərin həlli istiqamətində işlər aparılır”, – o əlavə edib.