BaşlıcaSiyasət

Fransa öz vətəndaşlarına xəbərdarlıq edir ki, Azərbaycana getməsin

Fransa Xarici işlər nazirliyi öz vətəndaşlarına, o cümlədən ikili vətəndaşlara təcili səbəblər olmadıqda Azərbaycana səfər etməmək barədə xəbərdarlıq edib.

Nazirlikdən verilən məlumata görə, Azərbaycanda olan Fransa vətəndaşları, o cümlədən ikili vətəndaşlar həbs oluna, özbaşına həbs oluna, ədalətsiz məhkəmə prosesinin başlanması riski var.

Xarici işlər nazirliyi xəbərdarlıq edir ki, turistlər və işgüzar səfərdə olanlar da risk altındadır. Onlar həmçinin qeyd edirlər ki, həbsdə əsas hüquqlar təmin olunmur.

Bundan başqa, Fransa hakimiyyəti Ermənistanla həmsərhəd ərazilərə, eləcə də Dağlıq Qarabağa və qonşu rayonlara səfər etməyi tövsiyə etmir.

Daha çox göstər
Back to top button