Bir neçə ay əvvəl Əliyev özü sülh sazişinin artıq razılaşdırılmış bəndlərini imzalamağı və irəli getməyi təklif etdi, amma biz bunu təklif edəndə onlar imtina edirlər.
Bu o deməkdir ki, onlar sülh müqaviləsi imzalamaq istəmirlər. Ermənistanın hakim “KP” partiyasının deputatı Qaqik Melkonyan bu haqda jurnalist ilə söhbətində deyib.
O, izah edib ki, fikir ayrılığı olan məqamlardan biri kommunikasiyaların bloklanması ilə bağlıdır və tərəflər bunu saziş layihəsindən çıxarmaq və daha sonra müzakirə etmək barədə razılığa gəliblər.
“Növbəti məqam Ermənistan Konstitusiyasına dəyişikliklərdir və biz bəyan etmişik ki, bu, bizim daxili problemimizdir. Onların konstitusiyasında bizim bəyənmədiyimiz bəndlər var, bu da deyilirdi. Onlar dəyişiklik etməlidirlər. Ona görə ki, sabah anklav adlanan yerləri səbəb kimi göstərə bilərlər” – deyə deputat əlavə edib.
Onun sözlərinə görə, birgə demarkasiya komissiyasının işinin nə qədər davam edəcəyi məlum deyil. “Azərbaycan demarkasiyaya razıdır, lakin sülh sazişi çox mürəkkəb sənəddir. Onlar onu poza bilər, odur ki,sənədi imzaladıqdan sonra da diqqətli olmalısınız.
Biz səmimi qəlbdən sülh istəyirik, amma onlar istəyirmi? Onların addımları istəmədiklərini göstərir. Biz sülh dilənməyəcəyik və hər şeyə hazır olmalıyıq.
Əgər sülh yoxdursa, döyüşmək istəyirlərsə, deməli, mübarizə aparmalıyıq. Sülh onları qane etmir, azərbaycanlılar sülh istəsələr də, Əliyev özünü Napoleon təsəvvür edir.
Başlanığıcda Napoleon üçün hər şey yaxşı gedirdi, amma sonda nə oldu? Gələcəkdə onu nə gözlədiyini bilmir. Əgər o, özünü Napoleon kimi təsəvvür edirsə, onun da sonu eyni olacaq.
Əliyev daxili problemlərlə üzləşib, bunu bu yaxınlarda seçkilərdə əhalinin cəmi 30 faizinin iştirak etdiyi seçkilər sübut edir. “Əgər o, Napoleon kimi davranmaq istəyirsə, seçicilərin ən azı 80 faizi iştirak etməlidir” – deyə Melkonyan qeyd edib.
Onun sözlərinə görə, demarkasiya varsa, bu, Ermənistanın maraqlarına uyğundur.
Melkonyan qeyd edib ki, Azərbaycan 800-900 ha Berkaber torpağını Ermənistana qaytarıb və orada minalardan təmizləmə işləri aparılır.
Deputat Ermənistan müxalifətini ona görə təhlükəli adlandırıb ki, onun sözlərinə görə, müxalifət rəqibin lehinə danışır. “Müxalifət daim Əliyevdən sitatlar gətirir. Müxalifət demarkasiyanın mümkün olmayacağını dedi, belə oldu.
Bizim tərəfdə erməni sərhədçi, onların tərəfində azərbaycanlı var. Burada hansı təhlükə var? Əbədi düşmənlər və əbədi dostlar yoxdur.
Ermənistan və Azərbaycanın sərhəd kəndlərinin sakinləri bir-birini tanıyır. Zaman keçdikcə əlaqələr yarana bilər. Eyni adamların uşaqları kənarda təmasda olurlar.
Xalq hərəkatı (“Vətən naminə Tavuş”) rədd etdi. İnsanlar başa düşdülər ki, bu onların kəndidir və öz torpaqlarında möhkəm dayanmalıdırlar. Dövlət onlara dəstək olmalıdır, bunun üçün imtiyazlar verir və dəstəyini genişləndirməkdə davam edəcək” – deyə Melkonyan yekunlaşdırıb.