BaşlıcaEkonomika

 ABŞ BİA Ermənistana ayırdığı yardımın həcmini 130 milyon dollar artırıb

ABŞ Beynəlxalq İnkişaf Agentliyi Ermənistana ayrılan dəstəyin həcmini 130 milyon dollar artırır.  Erilən məlumata  görə, müvafiq layihə hökumətin sentyabrın 5-də keçirilən iclasının gündəliyinə aidiyyəti olmayan məsələlər sırasında daxil edilib və hökumət üzvləri tərəfindən bəyənilib.

Qeyd olunur ki, layihə 2022-ci ildə Ermənistan hökuməti ilə ABŞ Beynəlxalq İnkişaf agentliyi arasında dəyişiklik etməyi nəzərdə tutur.

İyunun 29-da imzalanan və ABŞ-ın Ermənistana yardımının ümumi məbləğini 130 milyon ABŞ dolları artıracaq qrant sazişində  ABŞ-ın Beynəlxalq İnkişaf  agentliyinin planlaşdırılan töhfəsi 250 milyon ABŞ dolları təşkil edəcək.

 Demokratik konsolidasiyanı gücləndirmək, iqtisadi idarəetməni gücləndirmək, hədəf sektorların rəqabət qabiliyyətini artırmaq, təbii sərvətlərin davamlı idarə olunmasını təkmilləşdirmək məqsədilə əlavə maliyyə ayırmalarının səmərəli və hesabatlı idarəetmənin, vətəndaş iştirakçılığının institusionallaşdırılmasına yönəldilməsi nəzərdə tutulur.

Dəyişiklik layihəsinin imzalanması səmərəli və hesabatlı idarəetmə, demokratik nailiyyətlərin qorunub saxlanması, eləcə də iqtisadi çətinliklərin aradan qaldırılması istiqamətində sazişdə müəyyən edilmiş əsas məqsədlərin həyata keçirilməsinə töhfə verəcək.

Daha çox göstər
Back to top button