Azərbaycanda etnik ermənilərə qarşı qərəzsiz və müstəqil qurumlar tərəfindən məhkəmələr keçirilə bilməz. Bunu Ombudsman ofisi beynəlxalq tərəfdaşlara təqdim edib.
Bu barədə Ombudsman Anahit Manasyanbildirib.
Anahit Manasyan vurğulayıb ki, məhbuslarla bağlı məsələ Ombudsmanın mandatına daxil deyil və onlar məsələni insan hüquqlarının ümumi prinsip və dəyərlərini nəzərə alaraq həll edirlər.
“Həmçinin təqsirsizlik prezumpsiyası ilə bağlı müəyyən etdiyimiz və müxtəlif beynəlxalq tərəfdaşlarla paylaşdığımız bir sıra digər məsələlər, bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, hər şeydən asılı olmayaraq, bu proses hüquq prinsiplərinə uyğun gəlmir”,- o vurğulayıb.
Müdafiəçi məsələnin siyasi tərəfinin də önəmli olduğunu qeyd edib.
“Biz hamımız başa düşürük ki, bunlar təkcə hüquqi müstəvidə həll olunası məsələlər deyil”.