İran Syunik vasitəsilə Azərbaycanı Naxicevana birləşdirən yola başqa dövlətlərin nümayəndələri tərəfindən nəzarət edilməsinin əleyhinədir.“Armenpress”in “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani İranın həmin yola nəzarətin özəl mühafizə şirkətinə verilə biləcəyi ilə bağlı sualına cavab verərkən deyib.
“Biz Ermənistanın suverenliyi altında baş verənlərin tərəfdarıyıq. İstənilən nəzarət Ermənistan Respublikası tərəfindən olmalıdır və biz başqa dövlətlərin bura gəlib hansısa təhlükəsizlik və nəzarət yaratmağa çalışmasının tərəfdarı deyilik”, – deyə o bildirib.
İranın Ermənistandakı səfiri özəl şirkət haqqında eşitdiyini qeyd edib, lakin əlavə edib ki, onun məlumatına görə, söhbət təhlükəsizliyin təmin edilməsindən getmir: “Söhbət ondan gedir ki, hansısa kommersiya şirkətinin nümayəndəsi onun yükünü daşıyarkən həmin yolda ola bilər.Onun sözlərinə görə, yolun təhlükəsizliyi və nəzarəti ER hökuməti tərəfindən olacaq.