BaşlıcaSiyasət

Nordic Monitor: “Erdoğanın Türkiyənin DQ-a qarşı müharibədə iştirakı ilə bağlı açıqlaması Bakını əsəbləşdirib”

Bakının rəsmi etirazına baxmayaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə başa çatan 2020-ci ilin ikinci Dağlıq Qarabağ müharibəsində Türkiyənin iştirak etdiyini təkid etməkdə davam edir.

Bu haqda  Nordic Monitor saytı yazır.

“Erdoğanın davamlı açıqlamaları böyük səs-küyə səbəb oldu. Məsələ ondadır ki, Bakı bundan öncə  də münaqişə zamanı müstəqil hərbi imkanlarını vurğulamağa çalışıb.

 Mətbu qeyd edir ki, Türkiyənin müharibə zamanı Azərbaycana verdiyi dəstək hamıya məlum olsa da, Ankaranın onun rolunu daim vurğulaması iki yaxın müttəfiq arasında ciddi gərginliyə səbəb olub.

Nordic Monitor-un məlumatına görə, avqustun 31-də Türkiyə Hərbi Hava qüvvələri akademiyasının buraxılış mərasimində prezident Erdoğan bir daha Dağlıq Qarabağ müharibəsindən danışaraq deyib:

 “Azərbaycan Qarabağında azərbaycanlı qardaşlarımızla birlikdə düşməni tamamilə məğlub etdik. Erdoğanın açıqlaması Azərbaycanın rəsmi mətbusunun əvvəlki oxşar elanlara cavab verməsindən dərhal sonra gəldi.

Azərbaycan mətbularından birində avqustun 1-də dərc olunmuş baş məqalədə deyilirdi:

 “Xalqımız, ordumuz və komandanlığımız haqlı olaraq bizim qələbəmizi oğurlamaq cəhdlərini təşviş və dərin hüznlə izləyir. Azərbaycanın zəfəri bütün türk dünyasının qələbəsidir, amma onun memarı Türkiyə deyil”.

Redaksiya Türkiyədə son bəyanatları tənqid edərək, Ankaranı 44 günlük müharibənin faktlarını təhrif etməkdə ittiham edib. Azərbaycan mediası xəbərdarlıq edir ki, bu cür bəyanatlar Ermənistan üçün əlverişlidir.

Daha çox göstər
Back to top button