Ermənistan hələ də Azərbaycanda keçirilən COP29-da iştirakının məqsədəuyğun olub-olmadığını başa düşməlidir.
Bunu jurnalistlərlə söhbətində parlamentin spikeri Alen Simonyan deyib.
“Azərbaycan COP-29-a dəvət edən tərəf deyil, bu, BMT-nin tədbiridir. Onu qeyd edək, çünki bəzi xəbərlər yayıldı ki, Azərbaycan Ermənistanı dəvət edir. Bu, bir az absurddur, çünki BMT dəvət edir.
İkincisi, bizim iştirakımızın məqsədəuyğun olub-olmadığını başa düşməliyik”.