Azərbaycana təhvil verilən sülh müqaviləsi layihəsində tam razılaşdırılmış mətn var. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 9-da Lüksemburqun xarici işlər naziri ilə birgə mətbuat konfransında belə deyib.
XİN rəhbərinin sözlərinə görə, bunlar tam razılaşdırılmış maddələrdir və maddələrin bir neçə razılaşdırılmış hissələri var. “Biz Azərbaycanın cavabını gözləyirik. Qısa müddətdə sülh müqaviləsi imzalamaq və Cənubi Qafqazın bizim hissəsində sülh səhifəsi açmaq üçün real imkan var”, – deyə Mirzoyan bildirib.
“Əlbəttə, infrastruktur hissəsini da təfərrüatlı açıqlamayacağam. Bizim yanaşmamız məlumdur. Biz hamımıza məlum olan “Sülh kəsişməsi”nin təqdim edilmiş konsepsiyasının prinsipləri çərçivəsində bir gün əvvəl, bir dəqiqə əvvəl infrastrukturun blokdan çıxarılması prosesinə başlamağa hazırıq”, – deyə nazir Mirzoyan bildirib.