BaşlıcaMədəniyyət

Oktyabrda Belarusda ilk erməni kilsəsi açılacaq

2024-cü il sentyabrın 6-da Belarusun Xarici işlər naziri Maksim Rijenkov Minsk Şəhər İcraiyyə Komitəsinin sədri Vladimir Kuxarevlə birlikdə Minskdə tikilməkdə olan Erməni Opostol Kilsəsinə baş çəkib və Spyurkunun (erməni diasporunun) nümayəndələri ilə görüşüb.

İclasda Minsk “Hayastan” erməni mədəni-maarif cəmiyyətinin sədri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar Belarusun dövlət və ictimai qurumları ilə Spyurk arasında əməkdaşlığın inkişaf etdirilməsi, birgə tədbirlərin təşkili və yaradıcı təşəbbüslərin təşviqi məsələlərini müzakirə ediblər.

Görüş iştirakçıları Belarusun milli azlıqlar tərəfindən öz adət-ənənələrini, ayinlərini, mədəni və mənəvi dəyərlərinin qorunub saxlanmasını yüksək qiymətləndirdiyini vurğulamışlar.

Dövlət səviyyəsində Spyurk təşkilatlarının fəaliyyətinə, tematik layihələrin həyata keçirilməsinə mühüm dəstək verilir.

Belə səmərəli dəstəyə misal olaraq Minskdə Erməni Opostol Kilsəsinin və sosial-mədəni mərkəzin tikintisini göstərmək olar.

Belarusun Xarici işlər naziri tikintinin vaxtında başa çatdırılmasını, eləcə də diasporun erməni təşkilatlarının məqsəd və vəzifələrinin həyata keçirilməsi işində  uğurlar arzulayıb.

Daha çox göstər
Back to top button