Mən tərəfdaşlığımızın son uğurlarını qeyd etmək üçün Ermənistan liderləri Nikol Paşinyan, Vahaqn Xaçaturyan, Ararat Mirzoyan ilə görüşməkdən məmnun idim. Bu barədə Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Sxinas sosial şəbəkələrdə yazıb.
“Vizanın liberallaşdırılması, təhlükəsizlik dəstəyi, artım və sabitlik planı, insanlar arasında mübadilə – Aİ Ermənistanla çiyin-çiyinədir”, – deyə o yazıb.