Sentyabrın 9-da ER parlamentin spikeri Alen Simonyan Lüksemburq Böyük Hersoqluğunun baş nazirinin müavini, xarici işlər və xarici ticarət naziri Ksavye Bettelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərək, Ermənistanın həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq platformalarında Ermənistan-Lüksemburq əlaqələrinin möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyini qeyd edib.
“Ermənistan iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun dinamik inkişafında parlament diplomatiyasının rolunu yüksək qiymətləndirir və biz bu əlaqələri dərinləşdirməyə hazırıq”, – Simonyan qeyd edib.
Lüksemburq Böyük Hersoqluğunun Baş Nazirinin müavini, Xarici İşlər və Xarici Ticarət Naziri Ksavye Bettel də öz növbəsində səmimi qəbula görə ER parlamentinin sədrinə təşəkkür edib və Lüksemburqun Ermənistanın Avropaya inteqrasiyasına gedən yolda yanında olduğunu vurğulayıb.
Simonyan Ermənistanın regionda sülhün əldə edilməsinə dair baxışını təqdim edib, həmçinin Azərbaycanda saxlanılan erməni əsirlərin məsələsinə toxunub. Alen Simonyan ümid etdiyini bildirib ki, Lüksemburq da erməni əsirlərin Ermənistana qaytarılması üçün səy göstərəcək.
Görüşdə ikitərəfli maraq doğuran bir çox digər məsələlərə də toxunulub.