İnformasiya axınlarının çaşqınlığında Rusiyanın “Zəngəzur dəhlizi” ilə İran sərhədini bağlamaq planını da unutmayaq. Bu barədə İranın Xarici və təhlükəsizlik siyasəti komitəsinin keçmiş rəhbəri Heşmətullah Fəlahətpiş sosial şəbəkədə yazıb.
“Əvvəlki hökumət sövdələşməni Rusiyanın Ukraynadakı maraqlarına görə qurban verdi. Yeni hakimiyyət Moskva ilə birtərəfli dostluq siyasətinin tələsinə düşməməlidir.
“Zəngəzur dəhlizi Putinin yeni İran hökuməti ilə ABŞ arasında kanallar yaratmaq üçün ilk hücumudur” – deyə o, yazıb.