Türkiyədə xəzinə axtarışında olan ovçuların böyük əksəriyyəti onların fikrincə ermənilərin qoyduğu xəzinəni axtarırlar. Bu haqda
Özünün geniş məqaləsində bu məsələyə istinad edərək müəllif Erin O’Brien yazır:
“Türkiyədə irqçi stereotiplər var və ermənilər çox vaxt gözü tox olmayan sərvət yığanlar kimi göstərilir. Çox çəkmədi ki, insanlar soyqırımdan qaçan ermənilərin bir gün qayıdacaqları ümidi ilə qiymətli əşyalarını basdırıblar”.
Müəllif qeyd edir ki, erməni kilsələri və qəbiristanlıqlarının ərazilərində ölkənin tarixi təbəqəsi dağıdılıb, çünki xəzinə oğrularının kobud üsulları arxeoloji obyektlərə düzəlməz ziyan vurur.
Onun sözlərinə görə, prezident Rəcəb Tayyib Erdoğan hökuməti daha çox ermənilərin məskunlaşdığı bölgələrdə baş verən talanlara məhəl qoymur.
“İnternetdə guya ermənilərin çəkdiyi saysız-hesabsız xəzinə xəritələri var, əksəriyyəti müasir türk yazarları tərəfindən yazıldıqları üçün saxtadır. Ümumiyyətlə biznes fırıldaqlarla doludur”-deyə O’Brayen yazıb.
O qeyd edir ki, ölkədən çoxsaylı qədim əşyalar çıxarılıb.
“O dövrdə Van gölünün ətrafında 600-dən çox kilsə var idi. İndi 100-dən də az qalıb. Dayananlar skelet kimidir, içləri xəzinə ovçuları tərəfindən talan edilib. Erməni oymaları götürülüb, günbəzlər və sütunlar viranəlik qalaqlarına çevrilib”-deyə O’Brayen yazır.