BaşlıcaSiyasət

Avtoidman, Bakının cinayət siyasətini gizlətmək üsulu։ “Geğard” Fondunun “Formula-1″in təşkilatçılarına müraciəti

“Geğard” Fondu “Formula 1” təşkilatçılarına müraciət edərək, Azərbaycanın öz adından və reputasiyasından cinayətləri, təzyiqləri, zorakılıqları ört-basdır etmək vasitəsi kimi istifadə etməsinə imkan verməməyə çağırıb.

“Armenpress”in məlumatına görə, bu barədə “Geğard” Fondu məlumat yayıb.

“2024-cü il sentyabrın 13-15-də Bakıda ən nüfuzlu avtomobil idmanı turnirinin mərhələlərindən biri olan Formula 1 keçiriləcək. Azərbaycan digər məqsədlərlə yanaşı, işğal olunmuş Artsaxın cinayət siyasətini və Ermənistan Respublikasına hücumları ört-basdır etmək və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq üçün idman tədbirlərindən istifadə edir. Böyük neft gəlirləri bahalı tədbirlər təşkil etməyə imkan verir: Avropa Oyunları, Avropa Futbol Çempionatı oyunları, “Formula 1” turniri və s. Bakı 2010-cu ildən beynəlxalq tədbirlərin təşkilinə böyük vəsait xərcləməyə başlayıb və 2023-cü ildə bu, təxminən 120 milyon dollar təşkil edib. Qeyri-rəsmi məlumata görə, Bakı “Formula 1” turnirinin raundunu keçirmək hüququ üçün 2016-cı ildə 34 milyon, 2023-cü ildə isə 57 milyon dollar ödəyib. Hələ 2016-cı ildə Britaniyanın “Sport for Rights” təşkilatı “Formula 1”in rəhbəri Berni Ekklstounu İlham Əliyevlə görüşdə fəallara qarşı təzyiqlər məsələsinə toxunmağa çağırmışdı.

Təşkilatın nümayəndəsi Rebekka Vinsent isə qeyd edib ki, Azərbaycan öz imicini yüksəltmək üçün iri beynəlxalq idman tədbirlərindən istifadə edir. Yarış zolağına bitişik Ermənistana və ermənilərə qarşı nifrət və düşmənçiliyin simvolu olan bədnam “qənimətlər” parkıdır. Burada 2020-ci il müharibəsi zamanı qənimət kimi əldə edilmiş hərbi texnika, erməni hərbçilərinin qanlı dəbilqələri, hərbi manekenlər nümayiş etdirilir. Onların nümayişi insan haqları təşkilatları və Avropa Şurasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən kəskin tənqid edilib.

2023-cü ildə “Formula 1”-in Bakı mərhələsi aprelin 30-da keçirildi, o zaman Azərbaycan Artsax ermənilərinə qarşı blokada tətbiq edərək, 120.000 nəfəri ərzaq və digər əsas tələbat malları ilə təmin etməkdən məhrum etdi motor yarışı mərhələsində onlarla erməni məhbus Azərbaycan həbsxanalarında qeyri-qanuni saxlanılmağa davam edir. “Geğard” Fondu avtoyarışın təşkilatçılarını məsuliyyət nümayiş etdirməyə, adlarının və reputasiyalarının cinayətləri, təzyiqləri və zorakılığı gizlətmək vasitəsi kimi istifadə edilməsinə imkan verməməyə çağırır. Bu baxımdan, “Formula 1” rəhbərliyi söz azadlığının kəskin şəkildə məhdudlaşdırıldığı, Ermənistan Respublikasına qarşı aqressiv siyasət aparan ölkədə turnirin keçirilməsinin nə dərəcədə məqsədəuyğun olduğunu düşünməlidir”, – deyə bəyanatda bildirilir.

Daha çox göstər
Back to top button