Sentyabrın 12-də ER xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Fransa Senatının Fransa-Ermənistan dostluq qrupunun sədri Gilbert-Luc Devinaz ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Bildirilir ki, görüş zamanı Ermənistan və Fransa arasında yüksək səviyyəli siyasi dialoq və Ermənistan-Fransa çoxsahəli əməkdaşlığı müzakirə edilib. Hər iki tərəfin əməkdaşlığı inkişaf etdirmək istəyi vurğulanıb.
Xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan iki ölkənin parlamentləri arasında sıx əməkdaşlığı yüksək qiymətləndirib, Gilbert-Luc Devinazın parlamentlərarası əlaqələrin inkişafındakı töhfəsini vurğulayıb.
ER xarici işlər nazirinin müavini həmsöhbətə regiondakı vəziyyəti təqdim etdi. Regional nəqliyyat və iqtisadi proqramlarla bağlı məsələlərə toxunulub. Beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.