Müdafiə nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikasının Müdafiə naziri Suren Papikyan sentyabrın 12-də Çin Xalq Respublikasına səfəri çərçivəsində bu ölkənin Müdafiə naziri admiral Donq Cyun ilə görüşüb.
Bu haqda ER MN-dən məlumatlandırılıb.
Görüşdə tərəflər iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində yüksək səviyyəli əlaqələrin mühüm olduğunu vurğulayıblar.
Tərəflər, həmçinin son illər hərbi əməkdaşlığın, o cümlədən yeni istiqamətlərin əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıblar.
Nazirlər Ermənistan-Çin əməkdaşlığını, o cümlədən iki ölkənin Silahlı qüvvələri arasında yüksək səviyyəli təmasları daha da inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.
Beynəlxalq və regional təhlükəsizliklə bağlı bir sıra məsələlər həmçinin müzakirə olunub.