Bu gün “Free Armenian Prisoner” hərəkatı Bakıda keçiriləcək Qran-pri öncəsi Formula 1 yarışının icraçı direktoru Stefano Domenikaliyə açıq məktub göndərərək Azərbaycanda insan haqlarının kobud şəkildə pozulmasına qarşı tədbirlər görülməsinə çağırıb.
Məktubu Britaniyanın tanınmış siyasətçiləri, o cümlədən Lord Alton, Baronessa Karolin Koks, deputat Endryu Rosindeyl, həmçinin Britaniya erməni icmasının liderləri imzalayıblar. Onlar Azərbaycanda qanunsuz saxlanılan erməni siyasi məhbusların azad edilməsi üçün təcili tədbirlər görülməsini tələb edirlər.
“Onlar girov saxlanılır, qeyri-insani rəftara məruz qalır. Dünya da baş verənləri izləyir. “Formula 1” insan haqlarının bu kobud şəkildə pozulmasına göz yuma bilməz. Bu hadisənin kölgəsində pozuntular baş verir. Mənfəət insan haqları hesabına əldə edilməməlidir. “Formula 1” Azərbaycan kimi administrasiyaların cinayətlərini idman vasitəsilə təmizlənməni dayandırmalıdır.
Bu ədalətsizli haqqında danışmaqla və Azərbaycanda qanunsuz saxlanılan erməni siyasi məhbusları azad etməyə çağırmaqla Formula 1 insan hüquqlarının müdafiəsinə sadiqliyini nümayiş etdirə bilər”.