BaşlıcaSiyasət

COP29-dan əvvəl səmimiyyətlə sülh istədiyini göstərmək Azərbaycanın məsuliyyətidir: Sejurne

COP29-dan əvvəl sülhə nail olmaq istədiyini göstərmək Azərbaycanın məsuliyyətidir.

“Armenpress”in məlumatına görə, bunu Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne erməni həmkarı ilə Yerevanda keçirdiyi birgə mətbuat konfransında deyib .

Ermənistan və Fransa Xİ nazirləri görüşdə Ermənistan və Azərbaycan münasibətləri barədə danışıblar: “Fransa hər iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşaraq ədalətli və sabit sülhü bərqərar edəcək müqavilənin imzalanmasını dəstəkləyir. 1991-ci ildə Alma-Atada imzalanmış sənədin bütün mənası budur. Eyni ideya 2022-ci ildə Praqada siyasi ictimaiyyətə təqdim olunub”, – deyə Fransa xarici işlər naziri qeyd edib və sülhün bərqərar olmasını vurğulayıb.

Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesinə toxunaraq, 2022-ci il avqustun 30-da əldə olunan razılaşmanın düzgün istiqamətdə davam etdiyini bildirib. Fransa suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslayaraq bu prosesi dəstəkləyir.

“Cənubi Qafqaz sülh və əməkdaşlıq bölgəsinə çevrilməlidir ki, bu, ticarətin inkişafına imkan verəcək və Ermənistan da çiçəklənəcək”, – deyə Sejurne vurğulayıb.

O qeyd edib ki, Ermənistan, Fransa və beynəlxalq ictimaiyyət sülh istəyir: “Çünki Azərbaycan tezliklə COP29-a ev sahibliyi edəcək, COP29-dan əvvəl bu sülhə həqiqətən nail olmaq istədiyini nümayiş etdirmək onun məsuliyyətidir. Düşünürəm ki, biz bu mövzu istiqamətində çox sürətlə irəliləyə bilməliyik”, – deyə Sejurne bildirib.

COP29 noyabrda Azərbaycanda keçiriləcək.

Daha çox göstər
Back to top button