BaşlıcaSiyasət

ER Baş naziri Fransanın Avropa və Xİ nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurneyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ermənistan baş nazirinin Aparatının yaydığı press-relizə görə, Nikol Paşinyan Stefan Sejurnenin başçılıq etdiyi nümayəndə heyətinin Ermənistan Respublikasına səfərini alqışlayıb və Fransa ilə əlaqələrin, o cümlədən təhlükəsizlik və iqtisadiyyat sahəsində daha da inkişaf etdiriləcəyinin vacibliyini vurğulayıb.

“Bizim strategiyamız belədir: biz öz suverenliyimizi, müstəqilliyimizi, dövlətçiliyimizi gücləndirmək və möhkəmləndirmək istəyirik və bu yolla, təbii ki, biz Fransanın dəstəyini yüksək qiymətləndiririk”, – Nikol Paşinyan bildirib.

Baş nazir həmçinin Fransanın Ermənistanın Aİ ilə əlaqələrinin inkişafına dəstək verməyə hazır olduğunu vurğulayıb. Stefan Sejurne səmimi qəbula görə təşəkkür edib, həmçinin Ermənistan-Fransa əməkdaşlığının təhlükəsizlik və iqtisadiyyat sahələrində ardıcıl inkişafının vacibliyini vurğulayıb.

Fransanın Avropa və Xİ naziri deyib: “Fransa Ermənistanın yanındadır və erməni xalqına dəstəyini davam etdirəcək, biz də iki xalqımız arasında münasibətlərin möhkəmlənməsi üçün bütün səyləri göstərmişik”.

Həmsöhbətlər Ermənistan-Fransa münasibətlərinin müxtəlif gündəm məsələlərini müzakirə ediblər. Ermənistan-Avropa İttifaqı əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanmasını, eləcə də Avropa Sülh Fondu tərəfindən Ermənistan Respublikasına dəstək vermək qərarının qəbulunu vurğulayıblar. Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı müzakirələrə, eləcə də regionda gedən proseslərə də toxunulub.

Daha çox göstər
Back to top button